3D animasiya nədir və bizim işimizə necə yarayır? Bu sual bəlkə də çoxlarımızı düşündürür. Biz limitsiz imkanlar dövründə yaşayırıq. İnformasiya əsri keçmiş dövrlə müqayisədə limitlərimizi genişləndirməyə kömək etdi. Rəsmlərimizi hərəkət etdirə biləcəyimizi kim düşünərdi? Bunun biznesimizin böyüməsinə kömək edəcəyini kim düşünərdi?
Bu günlərdə animasiyalar aparıcı marketinq və reklam vasitəsi kimi özünü sübut etmişdir. Animasiyalar digər marketinq alətlərində olmayan bir çox önəmli xüsusiyyətlərə malikdir. Digər animasiya növləri kimi 3D animasiyalar müxtəlif tələblərə uyğun bir çox fərqli funksiyalardan ibarətdir. Əgər siz öz biznesinizi və ya məhsulunuzu inkişaf etdirmək istəyirsinizsə, 3D animasiya videoları tam olaraq sizin axtardığınız seçimdir. Çünki 3D animasiya videoları şirkətlərə mesajlarını daha səmərəli çatdırmağa, məhsul və xidmətləri daha cəlbedici şəkildə tanıtmağa və rəqabətdə fərqlənməyə imkan verən ən yaxşı alternativlərdən biridir.
İlk öncə 3D animasiyanın nə olduğuna nəzər yetirək: 3D animasiya üçölçülü mühitdə hərəkət illuziyasının yaradılması prosesidir. Bu, real həyatda olduğu kimi fırlana və köçürülə bilən personajları və obyektləri canlandırmaq deməkdir.
Bütün animasiya videolarının üstünlüklərindən əlavə 3D animasiya videolarını seçmək üçün 2 səbəb:
1. Görmək inanmaqdır. Bəzən məhsulun və ya sistemin necə işlədiyini anlamaq və bütün üstünlüklərini qiymətləndirmək üçün onları 3D-də görmək lazımdır. 3D animasiya videoları şirkətlərə müştərilərə məhsulları və biznes konsepsiyalarını daha yaxşı anlatmağa imkan yaradır. 3D animasiya videolarında siz məhsulun xüsusiyyətlərini və komponentlərini daha izahlı şəkildə nümayiş etdirə bilərsiniz.
2. 3D animasiya şirkətlərə “vau” effekti yaratmağa imkan verir. 3D animasiyalı videoda fantaziyanız yüksəklərə uça bilər, belə ki, üçölçülü məkanda sözün əsl mənasında istənilən ideyanı həyata keçirə bilərsiniz. Bu, şirkətlərə müsbət ilk təəssürat yaratmaq və öz ideyalarını hədəf auditoriyalarına ən maraqlı şəkildə təqdim etmək üçün şərait yaradır.
Digər animasiya videoları kimi 3D animasiyalar da şirkətinizin tanıtımı üçün önəmli marketinq alətlərindən biridir. Biznesiniz üçün lazım olan peşəkar 3D animasiya videosunu əldə etmək üçün Animators.az-a müraciət edə bilərsiniz. Komandamız animasiya üzrə yüksək səviyyəli mütəxəssislərdən ibarətdir. Layihənizin istedadlı illüstratorların, peşəkar animatorların, etibarlı marketinq konsultantının əllərində olacağına əmin ola bilərsiniz. Animasiyalarımızın keyfiyyəti sifarişçilərimiz tərəfindən yüksək qiymətləndirilib.
Nümunə 3D videosu: