Məhsulu hər bucaqdan göstərən, mexanizmin içinə baxan və ya hələ tikilməmiş məkanı gəzdirən 3D animasiya videoları hazırlayırıq.
İş günləri 10:00–18:00 · Bakı
3D animasiya — üç ölçülü modellər, işıq və virtual kamera ilə hazırlanan videodur. Obyektin həcmini, materialını və necə işlədiyini real çəkilişdə mümkün olmayan bucaqlardan göstərir. Animators-un 3D işlərindən biri MMS-S şirkəti üçün hazırladığımız 3D hekayə animasiyasıdır: avadanlıq tikinti meydançasında, real iş şəraitində göstərilir.

Məhsulu fırladır, hissələrə ayırır, içindəki mexanizmi göstərir — sayt, sərgi və reklam üçün.
Personajlar və səhnələrlə brend və ya məhsul hekayəsi; avadanlığı real iş şəraitində göstərmək.
Tikinti və ya təmir bitməmiş layihəni alıcıya və investora təqdim etmək: məkanın necə görünəcəyi, işıq, düzülüş.
Avadanlığın və ya sistemin necə işlədiyini addım-addım göstərmək — satış və təlim üçün.
Sərgi stendi, təqdimat ekranı və sayt üçün məhsulun həcmli, diqqət çəkən təqdimatı.
İdeyanı, xidməti və prosesi sürətli və sadə izah edir. Personajlı hekayə, izahedici və sosial media videoları üçün uyğundur.
2D animasiya videoları →Fiziki məhsulun, məkanın və mexanizmin həcmini, materialını və işləməsini göstərir; premium görünüş verir. Modelləşdirmə daha çox iş tələb edir.
Hansının uyğun olduğunu brif mərhələsində məqsədinizə görə birlikdə seçirik.
Məqsəd, hədəf auditoriya, videonun harada yerləşəcəyi və müddəti birlikdə dəqiqləşdirilir.
Marketinq təhlili əsasında ssenari yazılır və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Səhnələr əvvəlcə kadr-kadr təsdiqlənir, sonra hərəkətə gətirilir; səsləndirmə, musiqi və səs effektləri əlavə olunur.
Yekun düzəlişlər edilir, video lazım olan ölçülərdə (məsələn, 16:9 və 9:16) təhvil verilir.
Varsa (CAD və ya digər 3D fayl), iş sürətlənir. Model yoxdursa, məhsulun foto və ölçüləri əsasında hazırlanması mümkündür — bunu brif mərhələsində dəqiqləşdiririk.
2D animasiya düz təsvirlərlə işləyir və ideyanı sürətli izah edir. 3D animasiyada isə obyektlər həcmli modellərdir — məhsulu, məkanı və mexanizmi istənilən bucaqdan, real işıqla göstərmək mümkündür.
Bəli. Eyni səhnələr sayt üçün 16:9, Reels və TikTok üçün 9:16 formatında təhvil verilə bilər.
Hələ tikilməmiş və ya təmiri bitməmiş layihəni göstərmək üçün: məkanın necə görünəcəyi, otaqların düzülüşü, işıq. Satış ofisində, saytda və sosial mediada istifadə olunur.
3D animasiyanın qiyməti videonun uzunluğundan, üslubundan və səhnələrin sayından asılıdır. Paketlə Qiymətlər səhifəsində tanış olun; daha böyük və ya fərqli layihə üçün WhatsApp-da yazın — tapşırığa uyğun fərdi təklif hazırlayaq.
Müddət videonun uzunluğundan, üslubundan və təsdiq mərhələlərinin nə qədər tez keçməsindən asılıdır; 3D layihələr modelləşdirməyə görə adətən 2D-dən çox vaxt aparır. Dəqiq qrafiki brif razılaşdırılanda bildiririk.
Məqsədinizi, auditoriyanızı və videonun harada yerləşəcəyini yazın — uyğun üslubu və formatı birlikdə seçək.
+994 51 310 75 30 · [email protected] · Cəfər Cabbarlı 58, Bakı
Cəfər Cabbarlı 58, Yasamal, Bakı, Lutfizadə Texnologiya Mərkəzi
VÖEN: 7303189652