“Animators” şirkəti Sumqayıt Dövlət Universitetində “İKT”nin biznesdə tətbiqi adlı seminar keçdi

Mayın 23-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə “İnformasiya-Kommunikasiya Texnologiyalarının biznesdə tətbiqi” mövzusunda seminar təşkil olundu.
İlk olaraq fakültənin dekanı dosent Xalidə Həsənova çıxış edərək tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, müasir dövrdə ölkəmiz hər sahədə sürətli və dinamik inkişaf etməkdədir. Tədbirin ikinci hissəsində “Animators” şirkətinin təsisçisi Kamran Tağıyev, şirkətimizin İT əməkdaşı, Bakı Ali Neft Məktəbinin müəllimi Elvin Abaszadə “İKT-nin Biznesdə tətbiqi” mövzusunda ətraflı çıxış etdilər, layihələrimiz haqqında videoçarxlar təqdim edərək mövzu ilə bağlı sualları cavablandırdılar.

Ətraflı: https://www.sdu.edu.az/az/news/2171