Son zamanlarda aldığınız hanısısa bir məhsulu dostunuza tövsiyə etdiyinizi xatırlıyrsınızmı? Və ya axırıncı dəfə hansısa bir məmnun qaldığınız restoranı yaxın bir qohumunuza məsləhət görmüsünüzmü?
Məhsul və ya xidməti insanların bir-birinə orqanik yolla məsləhət görməsi ağız sözü marketinqi adlanır. Və demək olar ki, başqa reklam növləri ilə müqayisədə bu ən effektiv reklam növüdür. Çünki insanlar öz dostlarının, qohumlarının məsləhətinə daha çox inanır, nəinki TV-də və ya başqa yerdə gördüklərə reklamlara. Ümumi baxanda, ağız sözü marketinqi Azərbaycanda şirkətlər üçün ən effiktiv, satışları artıran yoldur. Məsələn, tutaq ki, Asif A adlı bir şirkətə öz evini təmir etdirir və razı qalır. Daha sonra isə Asifin dostu Qədim, öz evini təmir etdirmək üçün şirkət axtarışına keçir. Bu halda da Qədimin edəcəyi ilk axatrış metodu, dostları və qohumları ilə məsləhətləşmək olur. Qədim dostu Asifdən yaxşı bir təmir şirkəti tanıyıb-tanımadığını soruşanda, Asif ona özünün razı qaldığı A şirkətini tövsiyə edir və beləliklə, Qədim də həmin A şirkətindən yararlanır. Növbəti dönəmlərdə də, o da , ondan soruşan insanlara bu şirkəti tövsiyə edir. Bu da şirkətin zəncirvari tanınmasına gətirib çıxarır.
Gördüyümüz bu senari Azərbaycanda ağız sözü marketinqinə aid sadə bir nümunədir. Bəs sual olunsa ki, necə oldu ki, həmin A şirkəti Asifin həmin şirkəti dostuna məsləhət görməsinə nail oldu?! Təbii ki, burda ən əsas və önəmli nüans həmin tikinti şirkətinin xidmətinin Asifin gözləntilərini doğrultması və ya gözləntilərinin üzərində olması olur. Başqa bir deyişlə, A şirkətinin xidmət keyfiyyətinin yüksək olması oldu. Nəticə olaraq, xidmətdən məmnun qalan Asif artıq dostlarına həmin şirkəti məsləhət görürür və şüuraltısında isə düşünür ki: “Qədim də həmin şirkətdən yaralanandan sonra, məmnun qalaraq mənə təşəkkürünü bildirəcək. Deyəcək ki, yaxşı ki sən həmin şirkəti mənə məsləhət gördün, yoxsa gedib tanımadığımız bir şirkətə rast olacaqdıq, o da bizim evi istədyimiz kimi təmir etməyəcəkdi”
Başqa bir misal kimi, bizim dişimiz ağrıyanda və biz həkim axtarışına keçəndə ilk dostlarımızdan, qohumlarımızdan, yaxşı bir diş həkimi tanıyıb-tanımadıqlarını soruşuruq. Çünki insan sağlamlığı həsas bir məsələdir və buna görə biz ən güvəndiyimiz, inandığımız mənbələrdən, yəni qohumlarımızdan və dostlarımızdan məlumat alırıq. Yəni əksəriyyətimiz belə edirik. Kiçik bir qisim insanlar ola bilər ki, onlar TV-də, və ya internetdə gördüyü reklamlara güvənərək həmin həkimə getsin. Düzdü, belə reklamlara inanaraq da həkimə gedənlər olur və bu o anlama da gəlmir ki, həmin reklamlar yalandır. Sadəcə, burda bizim baxdığımız məqam, insanların dostlarına və qohumlarına istənilən bir reklamdan daha çox güvənmələridir.
Hətta dünyanın ən məşhur media araşdırma şirkətlərindən olan, Nielsen şirkətinin tətqiqatlarına görə, istehlakçıların 92%-i, dostlarının və qohumlarının məsləhətlərinə istənilən bir reklamdan daha çox inanırlar.
Əslinə baxanda, ağız sözü marketinqi tək dostlarının, qohumlarının fikirləri ilə məsləhətləşəndə baş vermir, eyni zamanda , alıcı bir qrup insanın fikirinə də əsaslana bilər.
Buna misal olaraq, internet üzərindən alışları misal göstərmək olar. Tutaq ki, internet üzərindən Canon modelinə aid bir kamera almaq istəyirsiniz, bu halda, bu sahədə məlumatı və təcrübəsi olan dostlardan məsləhətləşməklə yanaşı, eyni zamanda həmin şirkətdən eyni modeli almış digər müştərilərin də fikrlərini gözdən keçirirsiniz. Burda dolayı yolla digər tanımadığınız insanların da rəyləri “ağız sözü marketinqi” funksiyasını yerinə yetirir.
Əgər öz biznesi olan və ya yeni biznesini qurmaq istəyən insan soruşsa ki, bəs mən necə edə bilərəm ki, mənim biznesimdə də ağız sözü marketinqi işə düşsün? Bu suala cavab belə olar ki, əsas təklif etdiyiniz məhsul və xidmətin keyfiyyətinə diqqət yetirin, ona görə ki, insanlar, keyfiyyətsiz məhsulu dostlarına tövsiyə etmirlər. Burda keyfiyyətli məhsul dedikdə, həmçinin müştərin sizin şirkətlə təmasda olduğu ilk andan son ana qədər olan əlaqələrindəki məmnuniyyəti də ön plana çıxır. Belə olan halda, yəni məhsul keyfiyyətli olanda, artıq sizin məhsulunuz üçün də ağız sözü marketinqi işə düşəcək.
Digər bir faktor kimi, keyfiyyət olduqdan sonra, əgər biznesiniz dijital platformada varsa, o zaman, keçmiş müştərilərin rəylərinin, verdiyi qiymətlərinin də faydası çox olacaq. Əlavə olaraq, məmnun müştərilərin, məhsul haqda danışdıqları qısa çarxlı videoların olması da əlavə üstünlükdür.
Bir məqamı da nəzər almaq lazımdır ki, ağız sözü marketinqdən başqa digər növ reklam vasitələri də çox önəmlidir. Təbii ki, doğru şəkildə istifadə edildiyi müddətcə. Yəni, digər reklam növlərini ağıllı istifadə edərək ağız sözü marketinqi gücləndirmək olar.