loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Warren Buffet necə dünyanın ən varlı insanlarından biri oldu? || Səhm və İstiqraz bazarı

Tarix boyu dünyanın ən uğurlu investoru olan Warren Buffetın belə bir deyimi var: Əgər bu gün ehtiyacınız olmayan bir şeyi alırsınızsa, gələcəkdə ehiyacınız olan bir şeyi satmaq məcburiyyətində qala bilərsiniz.

Hələ 11 yaşında atasının  yanında, mağazada çalışan Warren Buffet, demək olar ki, biznes mühitinin içində böyümüşdü. Eyni zamanda atası investisya vasitəçisi kimi də çalışan Warren Buffet hər gün müxtəlif investorları müşahidə edib, dinləyirdi. Bir yeniyetmə olaraq, avtomobil yumaqdan tutmuş qəzet çatdırılması kimi işlər görürdü. Sonra, yığdığı pullara oyun aparatları alıb atasının biznes  məkanında yerləşdirərək, elə uşaq vaxtlarından gəlir qazanmağa başlamışdı. Sonrakı illərdə isə o, Nebraska universitetində biznes üzrə 3 illik ali təhsil almışdı. Daha sonra isə, Harvard universitetinə müraciətdən rədd cavabı alan Warren, Columbiya Biznes Universitetində investisiya etməyin fundamentlərini öyrənir. 2020-ci ildəki sərvəti 80 milyard dollardan çox olan Warren Buffetın uğurunun sirri isə ağıllı investisyalar etmək olmuşdu. Yəni belə desək bu milyaderin müxtəlif dünya səviyyəli şirkətlərdə payları var. Məsələn, Bank of Americada 1 milyarda yaxın, Coca-Colada 400 milyonluq, Apple şirkətində 245 milyonluq bir payı mövcuddur. Warren Buffetın səhmləri tək bu şirkətlərlə bitməyərək daha böyük coğrafiyaya yayılıb. Bu insanın əsas strategiyası odur ki, səhm bazarını izləyərək, həmin dövrdə dəyəri aşağı olan, amma gələcəkdə dəyər qazanacağını ehtimal etdiyi şirkətlərin səhmlərini satın alır. O, özü də etiraf edir ki, illərcə investisyalar zamanı müəyyən səhvlər edib və zamanla həmin səhvlərdən dərs çıxararaq, daha uğurlu investiyalar edə bilib.

İndi isə, Warren Buffetın investiya haqda verdiyi məsləhətlərin bəzilərini qeyd edək:

Tövsiyə 1: Bildiyiniz sahəyə investisya edin – edilə biləcək səhvlərin azaldılması yollarından biri də bildiyiniz sahədə investisya etməkdir. Çünki bildiyiniz sahədə investisya etdikdə, həmin sahədə təcrübəniz və ya bilikləriniz olduğuna görə həmin biznesin və sektorun gələcəyini düzgün proqnoz etmək ehtimalı daha yuxarı olur. Onun sözlərinə görə “ əgər mən investisya etmək istədiyim biznesi 10 dəqiqə ərzində başa düşmürəmsə, heç vaxt o biznesə investisiya yatırmıram”.

Tövsiyə 2: Nə zaman ki səhm alırsınız, onu uzunmüddətli əlinizdə saxlamağı planlayın-Warren Buffetə görə, əgər bir şirkətin müəyyən payına 10 il sahib ola bilməyəcəyinzi düşünürsünüzsə, 10 dəqiqə belə bu səhmi əlinizdə saxlamağı düşünməyin. O, satın al və saxla prinsipini önəmli sayır, bu səbəblə onun 10 illərlə sahiblik etdiyi səhmlər var. O düşünür ki, daimi olaraq aldığınız şirkətin səhm dəyəri yüksək olacaq deyə bir şey yoxdur, tez-tez səhm alıb satmaq qazancları aşağı salan fakordur. Bu səbəblə ki, hər dəfə hansısa bir səhm alan və ya satan zaman sizin müəyyən bir vergi, komissiya ödəmək öhdəliyiniz olur. Ona görə də, uzunmüddətli düşünərək, investisiya edib, səbrlə gözləmək lazımdır.

Tövsiyə 3: Qiymət və Dəyər arasında olan fərqi bilin. Önəmli olan şirkət səhmlərinin qiymətlərindən daha çox dəyərini bilməkdir çünki uzunmüddətli dövrdə dəyərli səhmlər gəlir gətirə bilər. Məsələn, elə dövrlər ola bilər ki, müəyyən təsir faktorlarının səbəbi ilə hansısa şirkətin səhm dəyəri çox aşağı düşə bilər, bu o anlama gəlmir ki, həmin səhm dəyərsizdir. Önəmli olan bunun kökündə duran səbəbi, real dəyəri bilməkdir. Hətta onun bu barədə maraqlı bir deyimi də var ki “Qiymət nə ödədiyin, dəyər isə nə əldə etdiyindir”.

Tövsiyə 4: Ən uğurlu həmlələr adətən sıxıcı olur, yəni səhm bazarında investisya qısa müddətdə gəlir gətirmir. Bunun üçün uzunmüddətli bir period lazımdır.

Bu məsləhətlər Warren Buffetın səhm bazarında investisiya etməklə bağlı məsləhətlərindən sadəcə bir neçəsidir.

Artıq videonun gedişindən də aydın olduğu kimi, səhm,hər hansısa bir şirkətin  investorlara təklif edilən hissələridir. Bu zaman bu səhmi alan insan isə səhmdar adlanır. Tutaq ki, sadə olsun deyə deyək ki, bazar dəyəri 1000 Manat olan bir şirkət 50% hissəsini səhm bazarına çıxarır. Bu zaman, bu hissəni 500 Manata alan səhmdar şirkətin 50% pay sahibinə çevrilir. Şirkətin gəlirlərinin 50%-i isə həmin səhmdara ödənilir. Bu ödənişlər isə dividend adlanır. Belə investisyanın banklarda depozit pul investisiyasından fərqi ondadır ki, səhmlər daha riskli olur, yəni ola bilər ki, şirkət müflis olsun, o zaman səhmdar da öz payını itirmiş olur. Digər tərfdən isə bankda depozit investisyaları daha az risklidir. Bir fərq də, səhm bazarı ilə bank depozitlərini müqayisə etsək, səhmlərin gəlir gətirəcəyi halda dəfələrlə çox olmasıdır. Bu isə, banklara qoyulan depozit investisyalarında kiçik faizlər olur. Bu baxımdan hansısa səhm bazarına investisiya edərkən, səhmi alınacaq biznes sahəsinin xarekteri öyrənilməlidir ki, bu investisyanın uğursuz olma riski minimumlaşdırılsın.

Ümumilikdə, ölkə iqtisadiyyatına təsir baxımından, səhm bazarının mövcud olması, aktiv olması iqtisadiyyatı gücləndirir. Belə ki, təsəvvür edin ki, yeni bir biznes ideya ilə bir nəfər texnolji bir startapa başlayır. Təbii ki, bu vəziyyətdə, həmin startapçı həmin startapın müəyyən payını səhm kimi sataraq özü üçün yeni kapital mənbəsi yarada bilər. Bu da özü-özlüyündə yeni investisiyalara gətirib çıxaracaq. 

Bəs investisiya edərkən riskləri necə azaltmalıyıq?

Yumurtaların hamısını eyni səbətə yığıb daşımaq riskli ola bilər. Yəni o səbət hanısısa səbəblə zərbə görərsə səbətdəki yumurtaların hamısı zərbə alacaq. Bu baxımdan yumurtaları ən azından 2 səbətdə yerləşdirmək daha məntiqlidir. Eyni yanaşma qaydası biznes həyatında investisya edərkən də özünü göstərir. Yəni, biznesdə şaxələnmə ümumi riskləri aşağı endirir, ancaq digər tərəfdən isə xərclər arta bilər. Müxtəlif aktivlər üzərində investisya etmək isə riskləri aşağı salır. Burada aktivlər dedikdə, istənilən gəlir gətirəcək bizneslər, işlər nəzərdə tutulur. Amma bu o anlama gəlmir ki,biz məlumatlı olmadığımız bizneslərə də yatırım etməliyik. Nəzərdə saxlamalıyıq ki, şaxələnmə investisiya olunacaq biznes sektoru barəsində məlumatlılıq çərçivəsində olmalıdır.

Bəzi risklər var ki, investisiya nə qədər şaxələnmiş olsa da, onlardan qaçmaq olmur və bu risk, bütün şirkətlərə, biznes sektorlarına təsir edə bilər. Qaçınılmaz risklərə siyasi hadisələr, inflyasiya, yerli valyutanın devalvasiyaya uğraması kimi faktorlar səbəb ola bilər. Belə risklər qaçınılmazdır və şaxələnmənin heç bir anti-risk təsiri yoxdur. Şaxələnmə olmasa da, şirkətin və ya investorun bu risklərin mənfi təsirlərini azalda biləcək hazır bir  planı olmalıdır.

Səhm bazarından danışmışkən, gəlin, bu terminə yaxın olan istiqrazalar haqqında da bəhs edək. Hər kəsin də bildiyi kimi, insanlar borc istəyən zaman banklardan kredit alırlar. Şirkətlər isə borc alan zaman istiqraz bazarlarından da istifadə edə bilər. Səhmlər kimi istiqarzlar da bazarda formalaşır. Ümumilikdə, istiqrazlar nə qədər borc verildiyini və nə zamana qədər ödənməli olduğunu göstərən sənəddir. Misal üçün, investor Starbucks brendini bildiyi üçün bir başa olaraq arada bank olmadan bu şirkətə rahatlıqla borc verə bilər. Bu da onu göstərir ki, reputasiyası yüksək olan şirkətlər rahatlıqla istqiraz bazarında özləri üçün borc verən tərəflər tapa bilirlər. Həmin istiqrazlarla şirkətlər böyük investisyalar edə bilərlər və zamanla həmin borcu investisiyadan əldə etdikləri qazancları hesabına qaytara bilərlər. Bu zaman isə borc verən tərəf müəyyən faiz gəlir əldə etmiş olur. Elə Starbucks şirkəti bu yolla borc alaraq milyardlarla investisiyalar etmişdi. Burada, tutaq ki, Starbucks borc alırsa, borc aldığı tərəf aldığı borc haqda istiqraz sənədi təqdim edir və bu zaman isə, borc verən tərəf Starbucksda səhmlərdən fərqli olaraq, pay sahibi olmur. Sadəcə olaraq, Starbucks borc alır və qarşı tərəfi istiqraz adlı, borcun detallarını göstərən sənədlə təmin edir.

Bu prosesdə dövlət də şirkətlərə borc verən tərəf ola bilər. Məsələn, 2016-ci ildə ABŞ höküməti istiqaraz yolu ilə şirkətlərə 14 trilyon dollar həcmində borc vermişdi.