loader image
Share on facebook
Share on telegram
Share on twitter
Share on linkedin
Share on whatsapp

Gözləntilərimiz həyatımızı necə dəyişir? || Piqmelion Effekti

Heç görmüsünüzmü ki, idarəçilər işçilərinə olan gözlətilərinin yüksək olduğunu söyləyəndə həmin işçilər daha məhsuldar olur?! Sizcə, burada idarəçinin gözləntiləri ilə işçilərin məhsuldarlığı arasında hansısa bir əlaqə varmı?

Piqmelion təsirinə əsasən bir insana qarşı olan gözləntilər ilə, sonradan onun yaranan davranışları və nəticələri arasında sıx əlaqə mövcuddur.

Piqmelion effekti tək bizim iş həyatımızda deyil, eyni zamanda gündəlik həyatımızda da özünü əks etdirir.

Tutaq ki, bir gün səhər saat 7 üçün zəngli saat qurmusunuz və həmin gün iş önəmli bir iclasla başlayacaq. Düzdü, iclasda iştirak etməyiniz könüllüdür, amma siz qabaqcadan bu iclasda iştirak etməyi bir-neçə gün qabaq öz beyninizdə planlamısız. Lakin elə olur ki, zəngin səsini eşitmirsiniz, yatıb qalaraq iclasın yarısına çatırsınız. Həmin vaxt yolda işə gedərkən öz-özünüzə deyirsiniz ki, “Bugün çox pis gün olacaq”. Beləlilkə, günboyu da iş prosesində bəzi diqqətsizliklər edərək işinizi daha da çətinləşdirirsiniz.

Bu misaldan biz görürük ki, hələ işə yolda gedərkən siz həmin günün yaxşı keçməyəcəyini düşünürdüz. Yəni, gün barəsində mənfi gözlənti var idi. Həmin neqtiv gözlənti isə günün həqiqiətən pis keçməsinə gətirib çıxardı.

Bu effektə əsasən, gözləntilər bizim davranışlarımıza təsir edir və davranışarımız da nəticəni formalaşdırır. Məsələn,neqativ gözləntilərimiz, neqativ davranışlara səbəb olur, neqativ davranışlar da neqativ nəticələr yaradır. Əksi olaraq, pozitiv gözləntilərimiz, pozitiv davranışlar yaradır və bu da pozitiv nəticə ilə bitir. Burda önəmli bir məqam var ki, bizim bəzi şeylər barəsində gözləntilərimiz nəticəyə təsir etməyə bilər. Tutaq ki, biz piyada yolda yeriyirik və düşünürük ki, yağış yağacaq və həqiqətən də yağış yağır. İndi burda sual olunur, yağışın yağmasına bizim gözlənitimizmi səbəb oldu? Təbii ki də xeyr. Çünki bizim yağış yağma gözləntimiz, bizdə müəyyən davranış yaratsa da,(məsələn özümüzlə çətir götürmüşüksə) həmin davranışların yağışın yağmasına heç bir təsiri yoxdur. Yəni incə məqam odur ki,gözlənti davranışları yaradırsa və həmin davranışlar nəticəni formalaşdırırsa, artıq bu Piqmelion təsiridir.

Piqmelion effektinə əsasən, insanın tək özü haqqında gözləntilərinin öz nəticələrini yaratmasına yox, eyni zamanda bir insanın başqaları ilə bağlı gözləntiləri onların həyatına təsir edə bilər. Misal üçün, təsəvür edin ki, məktəblərin birində 3 A sinifinə başqa məktəbdən 2 yeni şagird qoşulur və onların intellektual səviyyəsi demək olar ki, eyni olur. Lakin sinif rəhbəri onlarla ilk görüşdüyü gündə birinin daha qabiliyyətli, zəkalı olduğunu düşünür, həmin müəllimədə digərinin isə zəif şagird olduğu təssürratı yaranır. Beləliklə, həmin müəllimə potensialının yuxarı olduğunu düşündüyü şagirdə xususi yanaşır, onun bütün suallarını səbrlə cavablayır, digər tələbəyə isə qayğısı bu qədər olmur. Təbii ki, müəllimə bunu qəsdən etmir sadəcə, bu davranışları onda ilk təsürratları formalaşdırır. Sonda isə müəllimənin daha çox diqqət göstərdiyi şagird özünə daha çox inanmağa başlayır və daha çox çalışıraraq onunla eyni potensialda olan sinif yoldaşı ilə müqayisədə o daha yüksək nəticələr göstərir.

Tam olaraq da burda Piqmelion təsiri baş verir. Yəni sinif rəhbərinin şagirdlərin biri barəsində müsbət gözləntiləri həm müəllimədə, həm də həmin şagirddə müsbətə doğru davranış dəyişikliklərinə səbəb olur, bu isə həmin şagirdin daha uğurlu olması ilə nəticələnir.

İndi isə, Piqmelion təsirinin şirkət daxili tətbiqinə nəzər yetirək. Şirkət idarəçi heyətə qarşı inamlı, həvəs verici olanda artıq həmin işçilər də daha məhsuldar olmağa başlayırlar. Bir növ idarəçinin komanda haqda müsbət gözləntiləri komandanı həvəsləndirir və onlar özlərini xoşbəxt hiss edərək daha məhsuldar olurlar. Əksi isə əks nəticə verir. Təbii ki, şirkətdə rəhbərlər heyət üzvlərinin potensialına bələd olmalıdır və ona uyğun gözləntilər gözləməlidir. İşçilərin potensialından çox yuxarı gözləntinin olması əks-təsir göstərə bilər. Belə ki, işçi, ondan olan gözləntinin öhdəsindən gələ bilmədikdə demotivasiya ola bilər. Bu səbəblə piqmelion təsiri iş mühitində tətbiq olunarkən bu nüanslar nəzərə alınmalıdır.