Nəyə görə bir işçinin işin bir hissəsində ixtisaslaşması işi daha məhsuldar edir?

Bir istehsal üzrə şirkət təsəvvür edin. Bu şirkətin kompüter istehsalı ilə məşğul olduğunu düşünəyin. Təxmini olaraq günlük bu şirkətdə 100 kompüter istehsal olunur. Sizcə istehsal zamanı bir kompüterin istehsalı ilə yalnız bir işçi məşğul olarsa, yoxsa 1 kompüterin müxtəlif hissələrinin istehsalı və quraşdırılması üçün onlarla işçilərin ixtisaslaşmasımı məqsədə uyğun olar? Gəlin, bu sualın cavabına məqalənin davamında aydınlıq gətirək.

Hər şeydən öncə əməyin ixtisaslaşdırılması o deməkdir ki, hər bir işçi yalnız ümumi işin bir hissəsində ustalaşır. Bugünədək olan təcrübələr göstərib ki, işçinin istehsalın yalnız kiçik bir hissəsini görməsi həm son məhsulun keyfiyyətini həm də səmərəliliyi artırır. Əslində bu konsept ilk dəfə məşhur Şotland iqtisadçısı olan Adam Simit tərəfindən populyarlaşdırılıb. Adam Simit bildirirdi ki, sancaq istehsalı ilə məğul olan zavodda işçilərin hər birinin öz rolunun və funksiyasın olması istehsalın məhsuldarlığını böyük ölçüdə artırır.

Bəs nəyə görə hər bir işçinin istehsal prosesində işin bir hissəsində ixtisaslaşması işi daha məhsuldar edir?

Birinci növbədə, bir kadra işi bütün sıfırdan sona qədər öyrətmək daha çətindir. Amma yalnız işin bir hissə ilə bağlı təlimatlandırmaq daha asandır. Bu zaman bir işçiyə daha az təlimat gərəkli olur. İkincilklə, bir işçinin yalnız bir rolu yerinə yetirməsi həm daha sürətli baş verir həm də işçinin məhdud sayda alətlədən istifadə etməsi işi biraz da yaxşılaşdırır və qarışıqlığı aradan qaldırır. Üçüncü növbədə, əgər bir işçi kompüter istehsalı zamanı bütün hərşeyi özü görsə idi, bu zaman o, iş prosesində bir neçə alət dəyişməlidir. Bu da hər alət dəyişimi zamanı vaxt itkisidir.  Məsələnin dördüncü tərəfi isə, bir işçi müəsisənin zonalarında dəfələrlə yer dəyişməsinə ehtiyac qalmır, sadəcə yarımçıq istehsal kompüterlər olan hissədə yalnız  öz vəzifələrini yerinə yetirir. Beşinci məsələ isə odur ki, işçi özünün ən yaxşı qabiliyyətlərin olduğu işdə foksulanır, bu həmin işçinin stresinin azalmasına və özünü bu işdə xoşbəxt hiss etməsinə gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, əgər zavodda istehsal çox az miqdardadırsa, o zaman bir işçinin gördüyü işləri artırmaq daha səmərəli olar. Yəni, işçinin ixtisaslaşma miqyasını böyütmək lazımdır. Əks halda, kiçik bir zavodda lazımdan çox işçi çalışmalıdır ki, bu da əlavə xərc deməkdir.

Təbii ki, bəzən istehsalda işçilərin ixtisas üzrə bölgüsü bəzi işçilərdə problem də yarada bilər. Misal olaraq, işçi hər gün eyni işi görür və təkrar-təkar bunu etmək həmin işçini sıxa bilər. Bu da onun fikrinin dağılmasına gətirib çıxara bilər və o,  istehsalda nöqsanlar buraxa bilər. Tutaq ki, bu kompüterin istehsalının beşinci prosesidirsə, artıq bu mərhələdə nöqsan olduğuna görə, 6 -cı mərhələ bloklanmış vəziyyətə düşə bilir və həmin xətdə olan kompüter istehsalı dayanmış olur. Adam Simit də bu faktorları vurğulayaraq, işçilərin daim motivasiyasına və işə nəzarətin vacibliyini qeyd edir ki, bu hallar minimuma endirilsin və operativ şəkildə aradan qaldırılsın.

1920 -ci illərdə Henry Ford avtomobil istehsalını optimallaşdırmaq üçün bəhs etdiyimiz istehsalın bir xətt modelindən istifadə edirdi. Ford avtomobillərinin istesalı zamanı hər bir işçi bir avtomobil istehsalı zamanı yalnız müəyyən  hissənin hazırlanmasına cavabdehlik daşıyırdı. İşçilərədə ixtsisaslaşmanın olması həmçinin onlar arasında Ringelmann təsirinin də baş verməməsinə gətirib çıxarır, bu da produktivliyi artıran digər nüansdır.

Ta qədim dövrlərə nəzər yetirsək, görərik ki, icmalarda kişilər müəyyən heyvanların ovu ilə, qadınlar isə uşaq baxıçılığı və yemək hazırlamaq işi ilə məşğul idilər. Çünki kimlərin hansı işlərədə rəqabətcil, güclü olaraq o işi görməsi daha yüksək məhsuldarlıq demək idi.

Yəqin ki, Apple telefonlarının istehsalında Amerikada dizayn olunub, Çində istehsal olunub yazısı ilə tanışsınız.  Ümumiyyətlə, İphone telefonları saysız istehsal xətləri istifadə edir. Başqa sözlə, bir telefonun istehsal prosesi bir neçə hissələrə bölünür. Ayrıca ixtisaslaşmış dizayn, texniki təminat, proqram təminatı və.s xətlərinə bölünür.

Əlavə olaraq, ixtisaslaşma yalnız şirkət səviyyəsində deyil, eyni zamanda ölkələr səviyyəsində də olur. Məsələn, inkişaf etməkdə olan ölkələr əsasən xammal ixrac edir, inkişaf etmiş ölkələr isə həmin xammalı yüksək texnologioya vasitəsi ilə hazır məhsula çevirir.