Sizcə, nəyə görə bir geyim dəbdə olanda daha çox insan həmin geymi almaq istəyir?! Və daha çox insan alaraq həmin geyim daha da dəb olur. Və ya ətrafımızdakı insanların əksəriyyəti hansısa bir sosial şəbəkəni istifadə edəndə böyük ehtimal biz də həmin sosial şəbəkəyə qoşuluruq. Digər bir hal kimi seçim arasında qaldığımız 2 restoranın birində çox, digərində az adam olduqda, əksəriyyətimiz müştərisi çox olan restoranı seçirik.
Sizcə, belə bir insan psixologiyasının səbəbləri nələrdir?
Bu sualın cavabını isə “Bandwagon” effektini izah edərək, tapmağa çalışacağıq. “Bandwagon” effektinə əsasən insanlar öz seçim istəklərinə baxmayaraq, çoxluğun seçiminə yönəlir. Videonun əvvəlində çəkdiyimiz misalları xatırlayaraq, bunu daha yaxşı başa düşə bilərik.
Bu effekt ilk dəfə siyasətdə öz əksini tapıb. Belə ki, siyasətdə bu effektə əsasən neytral insanların əksəriyyəti də çoxluğun daha çox dəstəklədikləri namizədə yönəlirlər. “Bandwagon” sözü ingilis dilindən “dəstə vaqonu” anlamına gəlir və rəvayətə görə 19-cu əsrdə Dan Rice adlı bir şəxs ölkəni gəzərək prezdentliyə namizəd olan Zachary Taylor üçün kompaniya təşkil edir. Bu zaman Dan Rice’ın təşkil etdiyi “insan vaqon”una vaxt ötdükcə daha çox insan qoşulmağa başlayır. Elə bu effektin ortaya atılması də həmin hadisə ilə əlaqələndirilir.
Qeyd edək ki, bu yanaşma tək siyasətdə yox, eyni zamanda müştəri davranışlarında da öz əksini tapır.
Bəs nəyə görə insanlarda “Bandwagon” effekti baş verir?
Ümumi baxanda individual olaraq insanlar digər insan çoxluqlarının qəbul etdikləri normalar nöqteyi-nəzərdən təsirlənirlər. Ona görə də bu effektin baş vermə səbəbi birinci növbədə əksəriyyət tərəfindən “qəbul olunmaq” hissidir.
İkinciliklə, hər kəs doğru şeyləri etmək istəyir. Bir qayda olaraq adətən cəmiyyətdə əksəriyyət tərəfindən edilən şeylər doğru kimi qəbul olunur. Elə həm də bu səbəblə insanlar əksəriyyətə yönəlməyə meyilli olurlar.
Üçüncü nüans kimi “Bandwagon” effekti o zaman baş veriri ki, insan özünü əksəriyyətdən təcrid edilmiş kimi hiss etməyə başlayır. Bu isə əksər insanların xoşlamadığı bir emosiyadır. Bu baxımdan həmin effektin təsiri ilə təcrid edilmiş insanlar da sosiallaşmaq üçün əksəriyyətə qoşulur.
Elə bu faktorlara görə günlük həyatımızda trendlərin yaranmasında bu effektin təsir gücü mövcuddur.
“Bandwagon” effekti 2008-ci ildə baş vermiş dünyəvi tarixi krizin yaranmasında da insanlarda öz psixoloji təsirini göstərmişdi. Belə ki, həmin ilə qədərki dövrdə insanlar kütləvi şəkildə daşınmaz əmlak almağa başlamışdı. Yerdə qalan insanlar da “Bandwagon” effektinin təsiri ilə onlar da daşınmaz əmlak bazırına investisiya yatırmışdılar. Lakin sonra bu sektorun çökməsi ilə insanlar güclü borclanmaya düşərək, 2008 -ci il dünya böhranı baş vermişdi.
Çikaqo universitetinin məşhur iqtisadçılarından olan Gary Beckerin irəli sürdüyü tezisə əsasən, bu effektin təsiri ilə qiymət və tələb arasında olan asılılıq pozula bilər. Məsələn, normalda biz bilirik ki, bir məhsulun qiyməti artdıqca həmin məhsula olan tələb aşağı düşür. Amma həmin professorun fikrinə görə elə məhsullar var ki, onların qiyməti artdıqca “Bandwagon” effektinin təsiri ilə həmin məhsullara olan tələb arta bilər. Misal üçün elə məhsullar var ki, həmin məhsulların qiyməti artsa da eyni zamanda insanlar arasında olan populyarlığı da artır. Bu zaman isə adı çəkilən effektin təsiri ilə qiymətin artmasına rəğmən tələb də artır.
Bu effektin təsir dairəsi kimi başqa bir gündəlik qarşılaşdığımız biznes misalına baxaq. Tutaq ki, biz marketlərin birində özümüz üçün günəbaxan tumu almaq istəyirik. Piştaxtaya yaxınlaşanda isə, 5-6 şirkətin günəbaxan məhsulları ilə qarşılaşırıq. Bu zaman isə, piştaxtada həmin günəbaxan tumu markalarından biri diqqətimizi daha çox çəkir. Görürürük ki, həmin günəbaxan brendi üçün ayrılmış hissədə məhsullar bitmək üzrədir. Bu zaman isə “Bandwagon” effektinin təsiri ilə psixoloji olaraq biz düşünürük ki, əksər insaların seçimi bu şirkətin məhsulu olub və beləliklə biz də həmin brendin daha yaxşı olduğunu düşünərək o məhsulu götürürük.
Yekun olaraq qeyd etmək lazımdır ki , elə ola bilər ki, bu effekt bizə mənfi təsir göstərsin. Çünki bəzən əksəriyyətin etdiyi doğru olmur. Yəni biz də nəyisə əksəriyyət edir deyə etməməliyik. Bu zaman öz insanclarımıza və analizlərimizə görə qərar verməliyik. Məsələn, dostlarının əksəriyyəti siqaret çəkən bir yeniyetmə bu effektin təsiri ilə o da istəyəcək ki, siqaret çəksin. Amma o, siqaretin zərərələrini başa düşərək bu addımı atmaya bilər. Yəni bu effekt cəmiyyətdə və ya biznesdə müsbət təsirlərlə yanaşı eyni zamanda mənfi təsirlər də yarada bilər.
İndi isə, mənfi təsir yarada biləcək “Bandwagon” təsirlərindən necə qorunmaq olar, ona baxaq. Bunu üçün 3 qayda var.
Birinici qayda odur ki, biz bəzi hallarda qərarvermə prosesimizi ləngitməliyik. Bu zaman öz düşüncələrimizi əksəriyyət tərəfindən gələn sosial təzyiqlərdən ayrıd edə biləcəyik.
İkinci qayda kimi,q ərarı müstəqil vermək. Bu o demək deyil ki, biz dostlarımızın məsləhətlərini dinləməməliyik. Həmin məsləhətlərə qulaq asmalıyıq, amma sonda öz qərarımızı verməliyik.
Üçüncü qayda kimi, demək olar ki, daim alternativ variantları dəyərləndirmək lazımdır. Əksəriyyətin düşüncəsinə əks getməkdən qorxmamaq lazımdır. Çünki sizin seçiminiz əksəriyyətin seçiminin mükəmməl alternativi ola bilər.