Bir mobil rabitə şirkəti təsəvvür edin, təbii ki, həmin şirkətin müəyyən ofis binası, nəqiliyyat vasitələri və avadanlıqları var. Bu mülklər isə aydın məsələdir ki, rəsmi sənədlə həmin quruma məxsusdur. Yəni başqa bir insan və ya şirkət həmin mülklərin hasınısa istifadə edə bilməz. Həmin bu şirkətə məxsus olan, adı çəkilən fiziki mülklərlə yanaşı eyni zamanda əqli mülklər də var. Əqli mükiyyət, şirkətə aid olan fiziki toxuna bilinməyən mülkiyyətlərin başqa şirkət və ya insan tərəfindən icazəsiz istifadəsini qanunla qoruyur. Əqli mülkiyyət özü nədir deyə soruşulsa, sadə olaraq deyə bilərik ki, məsələn mobil rabitə şirkətinin qeyd etdiyimiz elə mülkləri var ki, onlar fiziki mülklərdir, buna şirkətin binasını, istifadə olunan avadanlıqları misal göstərə bilərik. Digər tərəfdən, şirkətə başqa növ mülkiyyətlər aid ola bilər ki, həmin mülklərə fiziki təmas etmək mümkün deyil. Buna nümunə olaraq, rəsmi qeydiyyatdan keçmiş şirkət adlarını, loqoları və.s deyə bilərik. Qeyd edim ki, videonun davamında əqli mülkiyyətin növləri haqda daha detallı danışacağıq.
Elə dünyaca məşhur şirkətlər var ki, həmin şirkətlərin əqli mülkiyyət dəyəri, onların fiziki mülklərindən bəlkə də daha qiymətlidir.
Coca-Cola şirkətnin keçmiş rəhbəri Roberto Qisueta bu barədə belə düşünürdü: “Bizim bütün zavodlarımız sabah yanıb kül ola bilər, lakin bu hadisə şirkətimizin dəyərinə əhəmiyyətli təsir göstərməyəcək; bu dəyər markamızın etibarı və bizim kollektiv bilgilərimizlə müəyyənləşir”. Bu deyimi analiz etsək, Roberto Qisuetanın dediklərindən anlamaq olar ki, Coca-Cola şirkətinin marka dəyəri, içkilərin hazırlanma prosesi onun fiziki mülkiyyətindən daha dəyərlidir.
Ümümilikdə, mülkiyyətin isə bir neçə fərqli növləri var: Gəlin, onlara nəzər yetirək.
Birinci əqli mülkiyyət növü kimi, patentləri misal göstərə bilərik. Patent hansısa bir mülkiyyət hüqüqunu göstərən bir sənəddir ki, bu da aidiyyatı dövlət qurumu tərəfindən alınır. Patentlər əsasən ixtiraçılara verilir. Daha detalla desək, bu hansısa bir proqramın və ya fiziki cihazın ixtraçısı tərəfindən tələb olunur. Məsələn, 1980-ci ildə Apple fərdi komputerlərin patenti Stiv Jobs və onun 3 yoldaşının ixtirasına görə onlar tərəfindən alınmışdı.
İkinci növ əqli mülkiyyət növü kimi beynəlxalq olaraq “copyrights” kimi işlədilən müəllif hüquqlarıdır. “Copyrights”hanısısa bir orijinal materialın başqası tərəfindən istifadəsini, nüsxəsinin çıxarılmasını və.s məhdudlaşdırır. Buna misal olaraq, bir yazıçının yazdığı əsərin və ya bir bəstəkarın bəstələdiyi musiqinin müəllif hüququnu göstərə bilərik. Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, müəllif öz razılığı ilə, başqa insanlara öz materiallarının istifadəsi üçün icazə verə bilər.
Üçüncü əqli mülkiyyət kateqoriyasina əmtəə və ya ticarət nişanları aid edilir. Ticarət nişanı dedikdə, loqola, sloqanlar, marka adı və.s nəzərdə tutulur. Ticarət nişanı əgər hansısa şirkət tərəfindən qanuni olaraq istifadə edilirsə, artıq digər bir şirkət həmin ticarət nişanından istifadə edə bilməz. Məsələn, Starbucks adı və loqosu Starbucks şirkəti tərəfindən qorunur və başqa bir şirkət istifadə edə bilməz. Edəcəkləri təqdirdə isə məhkəməyə verilə bilər.
Əqli mülkiyyətin digər növü kimi kommersiya sirrini demək olar. Məsələn, buna hanısa şirkətinin öz məhsullunu hazırlayarkən istifadə etdiyi proseslər aid etmək olar. Buna, hazırlanma və ya xususi dizayn ilə seçilən Apple məhsullarının dizayn etmə prosesini misal göstərə bilərik. Kommersiya sirri bir əqli mülkiyyət olaraq, şirkətə başqa şirkətlərdən qabaqcıl olmaq üçün imkanlar verir, bu baxımdan bunun özü şirkət üçün fiziki olmayan bir mülkiyyətdir.