Animasiya videolarını biznes ideyalarınızın və ya şirkətin yeni məhsulunun güzgüsü kimi düşünün. İzləyicilər bu videolara baxdıqda məhsul haqqında bütün məlumatları asanlıqla və effektiv bir şəkildə əldə etmiş olurlar. Nəticədə, daha az xərc çəkməklə animasiya videoları sizin mücərrəd ideyalarınızı canlandırar və onu izləyicilərin qarşısına çıxarar.
Animasiya xidmətləri haqqında danışarkən belə videoların effektivliyi barəsində bir çoxumuzun ağlında bir neçə sual yarana bilər. Animasiya videolarının biznesdəki yeri və rolu nədən ibarətdir?Video animasiya vasitəsilə olan məhsul tanıtımı nə qədər effektiv olur? Animasiya reklamlarını digər məhsul tanıtımından fərqləndirən cəhətlər nələrdir? Bu postun əsas məqsədi yuxarıda gördüyünüz sualları cavablandırmaq və video animasiyanın biznesdəki rolunu izah etməkdir.
Aparılan araşdırmalar sübut edir ki, 92% marketoloqların fikirlərinə əsasən video marketiqi zaman keçdikcə daha effektiv və sərfəli bir reklam strategiyasıma çevrilir. Buna görə də 2016-cı ildən bəri biznesmenlərin animasiya reklamlarına qoyduqları investisiya məbləği 53% artmışdır. Sözsüz ki, insanların belə videolara marağının artmasının və nəticədə animasiya videolarının biznesdəki uğurlarının bir neçə səbəbləri var.
Animasiya videolarının biznesdə faydalı olmasının ilk səbəbi odur ki, bu növ videolar izləyicilər üçün yaddaqalan olur. Xüsusilə də mütəxəssis animasiya şirkətləri tərəfindən hazırlanan 2D və 3D animasiya reklamları izləyicilərin daha tez diqqətini özünə çəkə bilmə gücünə malikdir. Eyni zamanda bu növ videolar həm də izləyiciyə mahsul haqqında maraqlı və unudulmaz təəssürat bağışlayır. Misal üçün, Britaniyanın dünyaca məşhur “John Lewish” mağazalar şəbəkəsi yeni ildə izləyicilər üçün təsirli animasiya videoları təqdim etdi. Beləliklə, qısa zaman ərzində həmin videolar milyonlarla izləyici qazandı. Bunun əsas səbəbi isə, həmin videoların müxtəlif hekayələrdən istifadə etməsi və təsirli olması idi. Nəticədə, dünyanın müxtəlif yerlərində yaşayan insanlar “John Lewish” brendini məhz həmin animasiya videoları sayəsində tanıdılar.
Animasiya videolarının daha effektiv olmasının başqa bir səbəbi isə ondadir ki, bu videolar sayəsində biznes şirkətləri izləyicilərin diqqətini daha tez çəkə bilir. Tədqiqatlara əsasən 1 dəqiqəlik animasiya videosu 1.8 milyon təsirli söz qədər effektiv olur. Amma sözsüz ki, söz sayı çox olan bir mətni oxumaq istənilən bir izləyici üçün sıxıcı və ya vaxtaparan hesab edilə bilər. Əgər bir izləyici müəyyən bir şirlətin səhifəsini ziyarət edir və məhsul haqqında məlumat almaq istəyirsə onda həmin şirkətin izləyicinin diqqətini çəkə bilmək üçün bir neçə saniyəsi olur. Əgər ilk 30 saniyə ərzində səhifə izləyiciyə cəlbedici gəlməzsə onda izləyici başqa bir səhifəyə keçər. Belə anlarda, ilk saniyələrdən izləyicinin diqqətini çəkmək üçün animasiya videolarından istifadə edilərsə izləyicilər səhifədə daha uzun müddət qalmağı seçər hətta səhifəni tez-tez ziyarət edərlər.
Verilmiş nümunələrdən də gördüyünüz kimi biznesinizi və ya layihənizi tanıtmaq və izləyicilərə təqdim etmək üçün animasiya videolarından istifadə etmək ən effektiv strategiyalardan biri sayılır. Bəs düzgün hekayəni yaradıb onu animasiya ilə ifadə etmək üçün nə etmək lazımdır?
Bu sualın cavabı işi mütəxəssislərə əmanət etməkdir.
Animasiya şirkətləri video animasiya sifarişi etməyiniz üçün dügün ünvandır. Lakin, işin ən önəmli hissəsini animasiya agentliyinin gördüyünü nəzərə alsaq bu mərhələdə diqqəti və seçici olmağınız arzuolunandır.
Bütün bunlar üçün “Animators” animasiya şirkəti sizin üçün ideal seçim ola bilər. Şirkətimizdən animasiya video sifarişi etməklə siz bu işi mütəsisslərə həvalə etmiş olacaqsınız. Rolik sifarişi və video animasiya sifarişi şirkətimiz tərəfindən böyük məsuliyyətlə qarşılanır və hazırlanır. Animasiya videolarının hazırlanma mərhələləri ilə yaxından tanış olmaq istəyirsinizsə bu prossesi satımızda görə bilərsiniz. Unutmayın ki, bizim əsas məqsədimin sizin bizdən izləyicilərin isə sizdən razı qalmasıdır.