Motion dizayn və hərəkətli qrafika

Yazı, rəqəm, ikon və ekran görüntüləri ritmlə hərəkət edir — əsas mesaj videonu səssiz izləyən tamaşaçıya da çatır. Motion dizaynı reklam, məhsul təqdimatı və sosial media üçün hazırlayırıq.

İş günləri 10:00–18:00 · Bakı

Qısaca

Motion dizayn (motion qrafika) — qrafik dizayn elementlərinin (yazı, forma, ikon, rəqəm, loqo) animasiya ilə hərəkətə gətirilməsidir. Personaj hekayəsi əvəzinə mesajın özünü ön plana çıxarır, ona görə xidmətin üstünlüklərini, kampaniyanı və ya tətbiqin funksiyalarını qısa videoda göstərmək üçün uyğundur. Ailə TV-nin IPTV xidməti üçün hazırladığımız 32 saniyəlik reklam bu üslubdadır.

Ailə TV — IPTV xidmətinin reklamı: tünd fonda brendin qırmızı işığı, iri hərəkətli yazılar və tətbiqin real ekranları, 16:9, 32 saniyə. 11 səhnəlik storyboard-a Keyslər səhifəsində baxın.
Ailə TV — IPTV xidmətinin reklamı: tünd fonda brendin qırmızı işığı, iri hərəkətli yazılar və tətbiqin real ekranları, 16:9, 32 saniyə. 11 səhnəlik storyboard-a Keyslər səhifəsində baxın. Keysə baxın →

Motion dizayn nə vaxt seçilir?

  • Kinetik tipoqrafiya

    Hərəkətli yazılar əsas fikri ekrana çıxarır — sosial mediada səssiz izləyənlər üçün.

  • İnfoqrafika videosu

    Rəqəm, faiz və müqayisələr qrafiklə canlanır və yadda qalır.

  • Loqo animasiyası

    Videonun girişi və sonu üçün brend loqosunun animasiyası.

  • Tətbiq və sayt təqdimatı

    Real ekranlar, düymələr və addımlar hərəkətlə göstərilir.

  • Xidmət reklamı

    Hər səhnə bir üstünlük: qısa, ritmli və aydın.

Başlamaq üçün nə lazımdır?

  • Loqo — mümkünsə vektor formatında (SVG, AI, PDF)
  • Brend rəngləri və şriftlər (brendbuk varsa)
  • Tətbiqin və ya saytın ekran görüntüləri
  • Göstərmək istədiyiniz əsas rəqəmlər və mesajlar

Brendbukunuz yoxdursa, saytınız və sosial hesablarınız əsasında üslubu birlikdə müəyyən edirik.

Necə hazırlayırıq?

  1. 1

    Müzakirə və brif

    Məqsəd, hədəf auditoriya, videonun harada yerləşəcəyi və müddəti birlikdə dəqiqləşdirilir.

  2. 2

    Ssenari və təsdiq

    Marketinq təhlili əsasında ssenari yazılır və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.

  3. 3

    Storyboard və hazırlanma

    Səhnələr əvvəlcə kadr-kadr təsdiqlənir, sonra hərəkətə gətirilir; səsləndirmə, musiqi və səs effektləri əlavə olunur.

  4. 4

    Düzəliş və təhvil

    Yekun düzəlişlər edilir, video lazım olan ölçülərdə (məsələn, 16:9 və 9:16) təhvil verilir.

Nələr daxildir

  • Marketinq təhlili əsasında ssenari
  • Storyboard — hər səhnə videodan əvvəl razılaşdırılır
  • Peşəkar səsləndirmə, musiqi və səs effektləri
  • Brendinizin rəngləri, şrifti və loqosu
  • Sayt və sosial media üçün lazımi ölçülər
  • Yekun düzəlişlər və təhvil

Tez-tez verilən suallar

Motion dizayn ilə 2D animasiya arasında fərq nədir?

Hər ikisi iki ölçülüdür. 2D animasiya adətən personaj və hekayə üzərində qurulur, motion dizayn isə yazı, rəqəm, ikon və formaların hərəkəti üzərində. Bir videoda ikisi birləşə də bilər.

Loqo animasiyası hazırlayırsınız?

Bəli, videonun girişi və sonu üçün loqo animasiyası hazırlayırıq. Loqonun vektor faylı varsa, nəticə daha təmiz olur. Ayrıca loqo animasiyası lazımdırsa, WhatsApp-da yazın.

Videonu səssiz izləyənlər mesajı başa düşəcəkmi?

Motion dizaynın üstünlüyü elə budur: əsas fikirlər ekranda yazı kimi görünür, sosial mediada səssiz izləyən tamaşaçı da mesajı alır. Səsləndirmə və musiqi isə səsi açanlar üçün təsiri artırır.

Motion dizayn videosu hansı ölçülərdə olur?

Sayt və YouTube üçün 16:9, Reels, TikTok və Stories üçün 9:16, lazım olduqda digər ölçülərdə. Mətnlər hər ölçü üçün ayrıca yerləşdirilir ki, kəsilməsin.

Qiyməti nə qədərdir?

Motion dizayn videosunun qiyməti videonun uzunluğundan, üslubundan və səhnələrin sayından asılıdır. Paketlə Qiymətlər səhifəsində tanış olun; daha böyük və ya fərqli layihə üçün WhatsApp-da yazın — tapşırığa uyğun fərdi təklif hazırlayaq.

Video nə qədər vaxta hazır olur?

Müddət videonun uzunluğundan, üslubundan və təsdiq mərhələlərinin nə qədər tez keçməsindən asılıdır. Dəqiq qrafiki brif razılaşdırılanda bildiririk.

Videonuzu müzakirə edək

Məqsədinizi, auditoriyanızı və videonun harada yerləşəcəyini yazın — uyğun üslubu və formatı birlikdə seçək.

+994 51 310 75 30 · [email protected] · Cəfər Cabbarlı 58, Bakı

Cəfər Cabbarlı 58, Yasamal, Bakı, Lutfizadə Texnologiya Mərkəzi

VÖEN: 7303189652