Çəkiliş qrupu, məkan və aktyor olmadan real görünüşlü səhnələr, personajlar və məhsul kadrları: süni intellekt videolarını reklam və sosial media üçün hazırlayırıq. Texnologiya sürət verir, ideyaya və keyfiyyətə isə komandamız cavabdehdir.
İş günləri 10:00–18:00 · Bakı
Süni intellekt videosu — kadrları, hərəkəti və ya səsi generativ süni intellekt modelləri ilə yaradılan videodur. Animators-da bu prosesi komanda idarə edir: ssenarini marketinq məqsədinə görə yazır, kadrları brendə və mövzuya uyğunluq baxımından yoxlayır, səsləndirmə, altyazı və montajı tamamlayır.
Reels, TikTok və Shorts üçün mütəmadi yeni videolar — hər dəfə çəkiliş təşkil etmədən.
Çəkilişin baha və ya mümkünsüz olduğu səhnələr: fərqli məkanlar, mövsümlər, şəhərlər.
Məhsulun fotoları əsasında hərəkətli kadrlar; forma, rəng və loqo təsdiqinizlə.
Novruz, bayramlar və kampaniyalar üçün qısa müddətdə hazırlanan təbrik və reklam videoları.
Keçmişi, gələcəyi və ya xəyali dünyanı göstərmək lazım olanda.
İş ardıcıllığı: ssenari → hər səhnənin kadrı → kadrların hərəkətə gətirilməsi → səsləndirmə, musiqi və altyazı → montaj. Hər mərhələdə komandamız nəticəni yoxlayır: kadrlarda yazı və məhsul forması səhvləri, əl və üz kimi detallar, brend rəngləri. Uyğun olmayan kadr yenidən hazırlanır — sizə yalnız yoxlanmış video çatır.
Videonun dəyəri onun real olmasından gəlirsə — öz ofisiniz, komandanız, real müştərinin rəyi — real çəkiliş daha düzgündür. Məhsulun hər detalının millimetr dəqiqliyi tələb olunanda da çəkiliş və ya 3D animasiya daha etibarlıdır. Bunu brif mərhələsində açıq deyirik.
Məqsəd, hədəf auditoriya, videonun harada yerləşəcəyi və müddəti birlikdə dəqiqləşdirilir.
Marketinq təhlili əsasında ssenari yazılır və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Səhnələr əvvəlcə kadr-kadr təsdiqlənir, sonra hərəkətə gətirilir; səsləndirmə, musiqi və səs effektləri əlavə olunur.
Yekun düzəlişlər edilir, video lazım olan ölçülərdə (məsələn, 16:9 və 9:16) təhvil verilir.
Çəkiliş qrupu, məkan, aktyor və avadanlıq lazım olmur, səhnəni dəyişmək asandır. Məhdudiyyət: real insanın, real məkanın və ya məhsulun hər detalının tam dəqiqliyi tələb olunanda real çəkiliş daha etibarlıdır.
Bəli. Məhsulun fotolarını və loqonu referans kimi istifadə edirik və kadrları təsdiqinizə təqdim edirik. Məhsulun forması, etiketi və rəngi vacibdirsə, bunu brifdə qeyd edin — həmin kadrları xüsusi yoxlayırıq.
Bəli, səsləndirmə və altyazı Azərbaycan dilində hazırlanır.
Bəli, bunun üçün çox alət var. Fərq ideyada və nəticənin yoxlanmasındadır: ssenarinin marketinq məqsədinə xidmət etməsi, kadrlardakı səhvlərin tutulması, səsin və montajın brendə uyğun olması vaxt və təcrübə tələb edir. Bu işi komandaya həvalə etmək istəyirsinizsə, biz hazırlayırıq.
Süni intellekt videosunun qiyməti videonun uzunluğundan, üslubundan və səhnələrin sayından asılıdır. Paketlə Qiymətlər səhifəsində tanış olun; daha böyük və ya fərqli layihə üçün WhatsApp-da yazın — tapşırığa uyğun fərdi təklif hazırlayaq.
Müddət videonun uzunluğundan, üslubundan və təsdiq mərhələlərinin nə qədər tez keçməsindən asılıdır. Dəqiq qrafiki brif razılaşdırılanda bildiririk.
Məqsədinizi, auditoriyanızı və videonun harada yerləşəcəyini yazın — uyğun üslubu və formatı birlikdə seçək.
+994 51 310 75 30 · [email protected] · Cəfər Cabbarlı 58, Bakı
Cəfər Cabbarlı 58, Yasamal, Bakı, Lutfizadə Texnologiya Mərkəzi
VÖEN: 7303189652